Bakıda kütləvi davada öldürülən və bıçaqlanan şəxslər DSX əməkdaşlarıdır
Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsarət alan şəxslərlə bağlı bəzi məqamlar ortaya çıxıb.
APA-nın məlumatına görə, hadisə zamanı 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu bıçaqlanıb.
Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən ölüb. Camal Həsənov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
OXŞAR XƏBƏRLƏR
19:48
967
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
936
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1042
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1248
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1146
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1368