Bakıda “Kiyev-Peçora Böyük monastrı”nın sərgisi açılıb

 

“Bakı Fotoqrafiya Evində təşkil olunmuş foto sərgisindəyik. Sərgidə “Kiyev-Peçora Böyük monastrı”nın 19, 20, 21-ci əsrlərə aid fotoları nümayiş olunur”.

Sentyabrın 13-də Bakı Fotoqrafiya Evində “Tarix və müasirlik” adlı bədii səyyar foto sərgisi nümayiş olunub.

APA TV-nin məlumatına görə, səyyar foto sərgisi “İçərişəhər” Muzey Mərkəzinin, Ukraynanın Azərbaycandakı səfirliyinin, eləcə də İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə baş tutub.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova sərgidə təqdim edilən fotolar əsasən, “Kiyev-Peçora Böyük monastr” ansamblının memarlığından bəhs edib: “Ukraynanın milli “Kiyev-Peçora Böyük monastrı”nın sərgisidir. Əslində fotoqrafiya evi bu ilin fevral ayında açılıb. Və qısa bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir neçə maraqlı sərgilər, layihələr keçirilib. Sərgidə 30 sənət əsəri müxtəlif dövrlərdə, ukraynalı fotoqraflar tərəfindən çəkilmiş fotolar nümayiş etdirilir. Bu sərgi ayın 26-a kimi davam edəcək”.

“Kiyev-Peçora Böyük monastrı”nın elmi tədqiqat şöbəsinin müdiri, arxeoloq və səyyar sərginin kuratoru Konstantin Krayni qeyd edib ki, monastırın ərazisində XX əsrə qədər xəstəxana, tipoqrafiya fəaliyyət göstərib: "Təəssüf ki, XIX əsrə qədər monastrın görüntüləri bizə məlum deyil. Buna görə də “Kiyev-Peçora Böyük monastrı”nın görməli yerlərinin orta əsrlərdə necə olması barədə dəqiq məlumat yoxdur. Yazılı dəlil və rəsmlər yalnız ümumi mənzərə yaradır. XIX əsrin ortalarında fotoqrafiyanın meydana gəlməsi sayəsində biz artıq "sənədləşdirilmiş" vizual tarixi görürük".

Xatırladaq ki, sərgi sentyabrın 26-dək Bakıda, sentyabrın 28-dən oktyabrın 5-dək Sumqayıt şəhərinin Tarix Muzeyində nümayiş olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR