Bakıda kişi birgə yaşadığı qadını qətlə yetirdi
Bakıda qətl hadisəsi törədilib.
APA TV-nin xəbərinə görə, hadisə Qaradağ rayonu “Qobu Park 2” yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan kişi qeyri-rəsmi nikahda yaşadığı qadına çoxsaylı bıçaq xəsarəti yetirib.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı