Bakıda keçmiş məhkumdan avtomat götürüldü
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçmiş məhkumdan avtomat aşkarlayıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, idarəyə Adil adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq avtomat saxlaması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuş Adil Balakişiyev saxlanılıb. Onun müvəqqəti məskunlaşdığı Bakıxanov qəsəbəsi, Şahin Qocayev küçəsindəki evin zirzəmisində axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 4 ədəd patron və daraq aşkar olunaraq götürülüb.
Adil Balakişiyev ifadəsində bildirib ki, silahı ötən ay metal yığarkən qəbiristanlıq ərazisindən tapıb və bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, Adil Balakişiyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib