Bakıda keçmiş məhkum yaxalandı – ÜZƏRİNDƏN VƏ AVTOMOBİLİNDƏN SİLAH-SURSAT TAPILDI
Bakıda üzərində qanunsuz silah gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə məlumatı daxil olub.
Keçirilən tədbir nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, 6 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, 1 ədəd “İJ-53” markalı pnevmatik tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, 1 ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi