Bakıda karaoke klubdan oğurluq edən şəxs yaxalandı
Paytaxtın Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayıb və hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları 127 manata satdığını bildirib:
Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu Səməd Vurğun küçəsində bir avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq satdığı da məlum olub:
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi