Bakıda karantin qaydalarını pozan "pub" aşkar edildi, 31 nəfər cərimələndi
Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında "Bosman Pub" adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub. Həmçinin baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi eləcə də tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri məlum olub. Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq polis idarəsinə gətiriliblər.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətinə cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"