Bakıda karantin qaydalarını pozan kafe aşkar edildi
Sabunçu rayonu Bakıxanov qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən, paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi