Bakıda istirahət mərkəzində ölən var
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
APA TV xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzində paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov ölüb.
Bir çox xəbər saytlarının yaydığı məlumata görə, mərhum hovuzda çimərkən boğulub. Hadisənin necə baş verdiyini öyrənmək üçün istirahət mərkəzinin meneceri ilə əlaqə saxladıq. Menecer Ümid Quliyev bildirdi ki, mərhum hovuzda çimdikdən bir neçə dəqiqə sonra günəşlənərkən vəfat edib.
İlkin araşdırmalar zamanı Pərviz Sultanovun həqiqətən də epilepsiya xəstəsi olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Semral Cavad
APA TV
OXŞAR XƏBƏRLƏR
19:50
884
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
946
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
890
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
973
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
978
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
975