Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Füzuli və S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Elnur Nəsirlinin idarə etdiyi "Toyota" markalı minik avtomobili Füzuli küçəsində hərəkətdə olan zaman S.Vurğun küçəsi ilə hərəkət edən "Changan" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Toyota"nın sürücüsünün verdiyi məlumata görə, "Changan"ı idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçib və "Toyota"ya çırpılıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
11:43
608
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
608
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
631
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1292
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1879
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1892