Bakıda qırmızı işıqda keçən avtomobil qəza törətdi
Bakının Nəsimi rayonunda iki minik maşını toqquşub.
APA TV xəbər verir ki, hadisə Azadlıq prospekti və A.Bakıxanov küçəsinin kəsişməsində baş verib.
Zamanov Naib Niyazəli oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Azadlıq prospektində işıqforun yaşıl işığından keçərək hərəkətdə olarkən A.Bakıxanov küçəsi ilə qırmızı işıqda hərəkətinə davam edən və sürücü İradə Cəfərovanın sükanı arxasında olduğu "Kia" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Kia"da olan orta yaşlı qadın sərnişin xəsarət alıb.
İlkin məlumata görə, hadisə "Kia" markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
993
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1052
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1008
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
989
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
994
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
994