Bakıda iş adamlarına yeni şans yaradan sərgi açıldı
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin tərəfdaşlığı, “AGRO TV Azərbaycan”ın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Forumun rəsmi açılış hissəsində Azərbaycanın Kənd təsərrüfatı nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Agro Tv Turkiyə &Azerbaijan”ın rəhbəri Doğan Başaran, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.
Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdiriblər. Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib