Bakıda İran səfirliyi qarşısında aksiya keçirilib
İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib.
APA TV xəbər verir ki, aksiya iştirakçıları İranda son günlər baş verən hadisələrə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları səfirlik qarşısında öz bəyanatlarını səsləndiriblər. Bəyanat səfirlik əməkdaşına təqdim olunub.
Onlar “Cənubi Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejimi!”, “İrana ölüm olsun!”, “Rədd olsun diktator!”, “Molla rejimi, qətliamı dayandır!”, “Azadlıq! Ədalət”, “Milli hökümət” şüarları ilə çıxış ediblər.
Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
16:29
143
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
137
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1035
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
995
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
905
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1137