Bakıda intihara cəhd edən iki nəfər xilas edildi
Bakıda intihara cəhd hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Nizami rayonunun Mikayıl Əliyev küçəsində iki kişi yolun üzərindəki dəmir konstruksiyaya çıxaraq özünü atacağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən biri aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub. İntihara cəhd edən digər naməlum şəxs inadla intihar edəcəyini bildirərək, ətrafdakı insanların uzaqlaşmasını tələb edib. O, yalnız Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin və polisi səyləri nəticəsində aşağı enməyə razı olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."