Bakıda iki uşaq quyuya düşərək öldü
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.
Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər