Bakıda iki polisi güllələyən həbsdə öldü
Bakıda həbsxanada məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Gülağa Lətifov tanınmış polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib.
Məlum hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. Gülağa Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. Fərid Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.
Güllələnən Akif Nəzərov həmin dövrdə Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini olub. İnsident zamanı xəsarət alan, rəis müavininin oğlu Asif Nəzərov həmin dövrdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir