Bakıda iki avtomobil toqquşdu - XƏSARƏT ALANLAR VAR
Nərimanov rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Həsən Əliyev ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Toyoto markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olan zaman H.Əliyev küçəsində ki Daewoo markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən Daewoo səkiyə dəyib. Avtomobil deformasiyaya uğrayıb. Daewoo-nun sürücüsü və iki sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Toyoto-nun sürücüsü isə ambulator yardımdan sonra evə buraxılıb. Hadisə yerinə baxış keçirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işıqda keçməsi olub.
3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilən yaralılardan biri evə buraxılıb. Digər iki nəfər 1989-cu il təvəllüdlü Heybətov Toğrul Bəşir oğlu və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Heybətova Tamella Əfqan qızı xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"