İdarəetmədən çıxan avtomobil digər minik maşınını aşırıb - BAKIDA
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb.
APA Tv xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Bağırov Elxan Ramil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan və Muradov Hünər Razət oğluna məxsus "VAZ 2104" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi aşıb və yanacaq çəni zədələndiyi üçün ətrafa benzin dağılıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yola dağılan yanacaq yuyulub.
OXŞAR XƏBƏRLƏR
17:21
1391
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1434
Növbəti köç karvanları yola salınıb
13:38
1445
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
982
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1110
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3021