Bakıda “İpoteka dələduzları” ələ keçdi - SADƏ ÜSULLA ALDADIBLAR

Bakıda mütəşəkkil cinayətkar dəstə ələ keçib.


Daxili İşlər Nazirliyindən (DİN) APA TV-yə verilən məlumata görə,
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları insanların etibarından sui-istifadə edib, onları aldadan şəxslərİ yaxalayıb.

Həmin şəxslər taksi sürücülərinə qarşı dələduzluq edən - əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabovdur. Taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.

         
Dəstə üzvlərindən biri Bakının müxtəlif ərazilərində taksi sürücülərinə yaxınlaşaraq internetdən əldə etdiyi, üzərində kiminsə fotosu olan sənədi ipoteka arayışı kimi göstərib, hansısa bir ünvan deyib, ora çatdırılmasını xahiş edib. Bundan sonra taksi sürücüsünü kənarda dayanan dəstənin başqa üzvü ilə telefonla danışdırıb. O da öz növbəsində taksi sürücüsündən həmin adama müəyyən məbləğdə pul verməsini xahiş edib, sənədi gətirdiyində zəhmət haqqı ilə birlikdə artıqlaması ilə qaytaracağına inandırıb.


Taksi sürücüləri sənədi alıb, deyilən pulu verib, ünvan axtarışına başlayıblar. Sonrası isə məlumdur:
 

Dəstə üzvlərindən biri - V.Zöhrabovdan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.


Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, BMCMİ-ə müraciət edə bilərlər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR