Bakıda evlərdən oğurluq edən şəxslər tutuldu
Bakıda ayrı-ayrı vaxtlarda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar.
Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində 8 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edək ki, Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.
Faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:20
638
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1230
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1234
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1443
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1574
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1526