Bakıda evin daş divarı dağılıb, xəsarət alanlar var

Bakıda fərdi yaşayış evi uçub.

APA TV xəbər verir ki, hadisə Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində baş verib.

Evin ikinci mərtəbəsinin divarının bir hissəsi aşıb. Hadisə zamanı biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR