Bakıda əmisi oğlu jurnalisti ÖLDÜRDÜ
Bu gün saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
APA TV xəbər verir ki, Baş prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Lent.az-ın məlumatına görə Əvəz Hafizli "Kanal 13"ün əməkdaşı olub. O, həmçinin LGBT fəalı imiş.
OXŞAR XƏBƏRLƏR
16:29
230
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
248
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
888
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
918
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
869
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1741