Bakıda dövriyyəyə saxta pul buraxan şəxslər tutuldu
Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polisə avqustun 21-də Yasamal rayon ərazisində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də isə Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən, paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan, əvvəllər də məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb.
Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və Xaləddin Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"