Bakıda “Dəniz kuboku - 2019” beynəlxalq yarışları başlayır

“Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku - 2019” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı və təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. “Dəniz kuboku - 2019” yarışlarının Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar. Sonra “Dəniz kuboku - 2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb. Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku - 2019” müsabiqəsinin bayraqları dalğalandırılıb. Tədbir bədii konsert proqramı ilə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR