Bakıda dəhşətli qəza: 5 ölü, 20 yaralı
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.
21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazıra 13 nəfərin vəziyyəti ağırdır. Hüquq mühafizə orqanın əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub avtobusuna çırpılıb".
A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahidə olunur: " Yol Polisin əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycandan keçməklə Ermənistana növbəti yük yola salındı
Şükürbəyli kəndinə növbəti köç: 25 ailə doğma yurduna qayıtdı