Bakıda daha bir xəttə yeni avtobuslar buraxılıb

 

“Son illər paytaxtımıza müasir və komfortlu avtobusların gətirilməsi davam edir”.

APA TV-nin məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, daşıyıcı şirkət “Kral Transport MMC” tərəfindən yeni, müasir avtobuslar alınıb gətirilir: “Artıq bu gündən 39 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, avtobus xəttinin yenilənməsi işləri çərçivəsində daşıyıcılar tərəfindən yeni avtobusların alınması işləri davam edir. Bilirsiniz ki, alınan avtobuslar Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarında təsdiq olunmuş tələblərə uyğun olmalıdır”.

BNA sözçüsü deyib ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq 300 ədəd müasir avtobus alınıb və bu avtobusların sonuncu partiyasının paytaxtımıza çatması istiqamətində işlər aparılır: “Bilirsiniz ki, kart sisteminə keçidə maneə yaradan əsas səbəblərdən biri avtobusların yenilənməsi idi və artıq böyük sayda avtobuslar yenilənmişdir. Qeyd edim ki, 39 nömrəli müntəzəm marşrut xəttində gediş haqqının ödənilməsi nağd formada aparılacaq. Lakin yaxın 1-2 ay ərzində 39 nömrəli müntəzəm marşrut xətti də daxil olmaqla, bütün digər xətlərdə, hansı ki, onlarda nağd ödəniş sistemi tətbiq olunub, onların hər birində “Bakı Kart” ödəniş sistemi təşkil olunacaq”.

Qeyd edək ki, alınan yeni avtobuslar da növbəti aylarda istifadəyə veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR