Bakıda daha 2 narkotacir tutuldu
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı toplanan materiallar Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb