Bakıda çoxmərtəbəli binada yanğın - HADİSƏ YERİNDƏN

Bakıda yaşayış binasında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində yerləşən çoxmərtəbəli binanın 13-14-cü mərtəbələri arasında elektrik lövhəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib, xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR