Bakıda bu binalar çirkab sularda “üzür”
Bir tərəfdən su qıtlığı ilə üz-üzəyik. Digər tərəfdən isə suyun içindəyik. Amma dənizdə deyil. Çirkab sularının içində.
Bura Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsidir. Burada yerləşən 3,4,5 saylı və digər binaların zirzəmisi kanalizasiya suları ilə dolub-daşır. Sakinlər deyirlər ki, üfunət iyindən evlərində yaşaya bilmirlər. Hələ nəzərə alsaq ki, qarşıdan yay gəlir, vəziyyətin daha da acınacaqlı olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.
Məhz bu və buna bənzər görüntülər deməyə əsas verir ki, Bakı şəhərində zirzəmilərin təmizlənməsi istiqamətində aparılan işlər lazımi səviyyədə deyil. Əsasən də paytaxtın Binəqədi, Yasamal, Xətai, Nizami və Suraxanı rayonlarında bu kimi mənzərələri görmək ənənə halını alıb desək, yanılmarıq. Məsələ ilə bağlı “Azərsu”ASC ilə əlaqə saxladıq.
Hər halda söz verildi. Qalıb əməl etmək. Ümid edirik ki, bu qulaqlarımızın adət etdiyi vəd olmayacaq, əmələ çevriləcək.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı