Bakıda Beynəlxalq Xəzər Enerji Forumu keçirilir

“Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin ən böyük hadisələrindən biridir”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 9-cu Beynəlxalq Xəzər Enerji Forumunda deyib.

 

O bildirib ki, yeni neft strategiyası Azərbaycanın, regionun və dünyanın mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayıb: “Əsrin müqaviləsi” Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bu, müqavilənin əsas xüsusiyyətlərindən biri idi. Böyük transmilli şirkətlər layihələrə qoşuldu və bu da, öz növbəsində beynəlxalq dialoqa start verdi”.

 

X. Xələfov qeyd edib ki, Sovet vaxtında Xəzərdə ekoloji məsələlərə diqqət yetirilməyib və bu, Xəzər hövzəsində ekoloji böhran vəziyyəti yaradıb:  “Lakin “Əsrin müqaviləsi” ilə ilk dəfə olaraq Xəzərdəki ehtiyatlara sahib olan xalq, bu resurslardan özü gəlir əldə etməyə başladı. Ən əsası Xəzərdə ekoloji məsələlərə xüsusi diqqət yetirilməyə başlandı”.

 

Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki,  ölkədə elektrik enerji bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb. Əlavə edib ki, təchizat sahəsində rəqabətliliyin daxil olması vətəndaşların məmnunluğuna və keyfiyyətin artmasına, istehsalat sahəsində isə enerjinin istehsalının maya dəyərinin azalmasına şərait yaradacaq.

 

Qazdan səmərəli istifadə isə onu ixraca yönəltməyə geniş imkan verəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR