Bakıda Beynəlxalq Media Konfransı keçirilib
Bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib ki, Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.
O, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqlarının da artdığını söyləyib.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim bildirib ki, bu gün burda olmasının iki önəmli səbəbi var. Bunlardan birincisi Türk Şurasının 10-cu ildönümü, ikincisi, Türkiyənin haqlı olduğu Suriyada təhlükəsiz bölgə qurmaq üçün apardığı "Barış pınarı" əməliyyatıdır.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün türk dünyasının gözünün Bakıda olduğunu nəzərə çatdırıb, bu konfransın Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaratdığını da qeyd edib. Azərbaycanın gördüyü işin haqlı, ədalətli olduğunu vurğulayan Ə.Həsənov ölkəmizdə müxtəlif xalqlar və dinlərin multikultural cəmiyyətdə yaşadığını vurğulayıb.
“Habertürk” televiziyasının əməkdaşı Bulent Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə qarşı təbliğat aparıldığını söyləyib.
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək