Bakıda bərbərxana külə döndü
Bakıda iaşə obyektlərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Əlişir Nəvai küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70m² və 100m² olan ictimai iaşə obyektləri müvafiq olaraq 50m² və 44m² sahədə, bərbərxana 6m² sahədə yanıb, ümumi sahəsi 20m² olan avtomobilyuma məntəqəsinin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib.
Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər