Bakıda “Baku Oil Service” Mərkəzində yanğın baş verib
Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən “Baku Oil Service” Mərkəzində yanğın baş verib.
APA Tv xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.
Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.
Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.
Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb.
OXŞAR XƏBƏRLƏR
17:21
1368
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1411
Növbəti köç karvanları yola salınıb
13:38
1420
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
979
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1107
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3017