Bakıda avtomobil qəzaya uğrayıb və sürücü qaçıb - XƏSARƏT ALANLAR VAR
Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.
APA TV xəbər verir ki, Bakı-Sumqayıt şossesində Beynəlxalq Avtovağzalın yaxınlığında yüksək sürətlə hərəkətdə olan Toyoto markalı avtomobil Vaz 2106 markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən Toyoto beton divara çırpılıb. Vaz 2106 isə əks istiqamətli yola düşüb. Yol Patrul Xidmətindən APA-ya verilən məlumata görə, qəza zamanı Toyoto-nun sürücüsü hadisə yerindən uzaqlaşıb. Vaz 2106-da isə sürücü və sərnişin ağır bədən xəsarətləri alıb.
Qəza nəticəsində Vaz 2106 deformasiyaya uğrayıb. Hadisə yerinə hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
18:38
676
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1281
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1287
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
903
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2279
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2223