Bakıda avtomobil divara çırpılıb, xəsarət alanlar var
Bakının Binəqədi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Mirzə Məhəmmədxan küçəsində baş verib.
Belə ki, İlkin Məmmədov idarəetməsində olan “Toyota” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Daha sonra sürücü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini yol kənarındakı daşa hasara çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişin və sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Qəzaya məruz qalan avtomobil deformasiyaya uğrayıb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
18:19
1140
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1182
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1415
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1017
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1213
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1677