Bakıda avtomobil dayanacaqdakı avtobusa çırpıldı
Bakının Nərimanov rayonunda minik maşını sərnişin avtobusu ilə toqquşub.
APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
"Volkswagen" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zamanı "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı sərnişinlər avtobusdan çıxarılıb.
Avtobus sürücüsü Heydər İsmayılovun verdiyi məlumata görə, minik avtomobili əvvəlcə səkiyə çırpılıb. Nəqliyyat vasitəsinin təkəri partladıqdan sonra avtobusla toqquşub.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
331
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
334
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
342
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1255
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1841
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1850