Bakıda avtomobil aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
50-DX-778 dövlət qeydiyyat nişanlı "Changan" markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.
OXŞAR XƏBƏRLƏR
13:54
846
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
847
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1999
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1476
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1898
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1067