Bakıda avtomobil ağaclara çırpılıb – SÜRÜCÜ XƏSARƏT ALDI
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, avtoqəza Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra bir neçə ağaca çırpılıb. Sürücü ağır bədən xəsarətləri alıb.
Sükan arxasında sıxışıb qalan sürücünün çıxarılması üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun boyun fəqərə sümükləri sınıb.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1304
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1314
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1349
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1364
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1952
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1971