Bakıda avtobus zolaqlarının çəkilməsi tıxacı azaldacaq?
“Bakıda avtobus zolaqlarının yaradılması nəzərdə tutulur”. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev açıqlama verib. O bildirib ki, avtobus zolaqlarının harada olması, hansı kəsişmələrdən keçəcəyi rəqəmsal əkiz vasitəsilə həyata keçiriləcək. Bəs görəsən şəhər nəqliyyatının hazırki vəziyyətində avtobuslar üçün xüsusi zolaqların yaradılmasının təsiri necə ola bilər? Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, avtobus zolaqları yaratmazdan əvvəl ictimai nəqliyyat sahəsində xeyli iş görmək lazımdır. Nəqliyyat eksperti vurğulayır ki, avtobus zolaqlarına alternativ olaraq dayanma-durma qaydalarını düzgün şəkildə tətbiq etnək olar. Qeyd edək ki, Anar Rzayev hazırda avtobusların dövriyyə sayının azalmasını da tıxacla əlaqələndirib. O bildirib ki, daşıyıcılar məcburiyyət qarşısında çox sayda avtobusları daşımadan çıxarıb parklarda saxlayırlar. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç