Bakıda Araz Elsəsin solo konserti keçirildi - APA TV
Bu gün Heydər Əliyev Sarayında dünyaşöhrətli azərbaycanlı ozan Araz Elsəsin ilk solo konserti keçirilib. Türk dünyasının sevilən siması, Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının vurğunu və aşiqi Araz Elsəs “Sevgili yurdum” adlı konsertində sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi tərənnüm edən yeni əsərlərini təqdim edib. Anşlaqla keçən konsertdə Arazsevərlər onun ifasından, səhnə performansından zövq alıblar. Konsert zamanı 44 günlük Vətən müharibəsi şəhidi Elşən Orucovun oğlu 11 yaşlı Ehtiram Orucov səhnəyə çıxaraq Araz Elsəsə atasını və onun timsalında Vətən müharibəsi qəhrəmanlarını yad etdiyi üçün təşəkkür etdi. Solo konsert maraqlı məqamlarla yadda qaldı. İnterşum (şəkil çəkən usaq, vətən seri deyen usaq) Konsertdə mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak etdi. Qeyd edək ki, konsertin təşkilatçısı mərhum millət vəkili Qənirə Paşayevadır.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi