Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb
İntihar gecə saatlarında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.Belə ki, 28-ci binada 25 yaşlı Abbasova Aytən Maarif qızı iki qızı 4 yaşlı Abbasova Sofiya Suslan qızı və 2 yaşlı Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən yerləşən mənzilin yataq otağının pəncərəsindən özünü atıb.Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlər alıb. Yaralılar qonşuların köməkliyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib. Aytən və onun azyaşlı qızı SOfiya 1 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər ananın vəziyyətinin ağır olduğunu bildirib. Uşağın bədənin üç hissəsində isə sınıq xəsarətləri var.Qeyd edim ki, Aytən .Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi