Bakıda ağacın başında tonqal qaladılar?
Sosial şəbəkələrdə Bakıda ağacın başında tonqalın yandırılması ilə bağlı video yayılıb. Belə ki, çoxmərtəbəli bina sakinləri ilaxır çərşənbəni qeyd etmək üçün ağacın başında tonqal qalamağa cəhd ediblər. Nəticədə binanın həyətindəki iki ağacda yanğın başlayıb. Bu addım insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə paytaxtın Binəqədi rayonu, 20 yanvar küçəsində baş verib:
"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həytində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub".
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib