Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb
"Bu il 8 yeni məktəb binası istifadəyə verilib".
APA TV xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.
O bildirib ki, bunlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq, artıq 4 məktəbin təmir və tikintisi başa çatıb.
Mehriban Vəliyeva onu da qeyd edib ki, son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: "Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."