Bakıda 5 nəfərin ölümünə səbəb olan qəzanın ürək sızladan TƏFƏRRÜATI
Yeni ilin ilk günlərində avtomobil yollarında 10 yol nəqliyyat hadisəsi baş verdi. Bunların içərisində ən dəhşətlisi isə Nizami rayonunda, "ASK Arena" yaxınlığında qeydə alınan qəza idi. 5 nəfərin həlak olması ilə nəticələnən qəzanın görüntüləri də ürək dağlayır. Bəs görəsən bu qəza niyə və hansı səbəbdən baş verib?
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev isə bildirdi ki, yanvarın 1-də və 2-də yol-nəqliyyat hadisələrində 8 nəfər həyatını itirib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumat üçün onu da bildirək ki, "Mercedes" markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini 25 yaşlı Vüqar Abdulayev, onun sərnişinləri Goranboy rayon sakini 25 yaşlı Jalə Aslanova və Samux sakini 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş. Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək