Bakıda 4 kq heroini satmaq istəyən şəxs tutuldu
Bakıda 4 kiloqrama yaxın heroini satmaq istəyən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən Tural Məcidovu saxlayıb.
Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, T.Məcidov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. T.Məcidov ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. T.Məcidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar