Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs kameralara düşdü
Paytaxtın Nərimanov rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov yaxalanıb.
İstintaqa ifadəsində o, paytaxtda 30-a yaxın mənzildən oğurluq etdiyini etiraf edib. Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərində quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi