Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var
Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.
APA Tv xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.
Əsas yoldan köməkçi yola çıxmaq istəyən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 99-AN-192 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı "Daewoo"nun sürücüsü yüngül xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
408
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
308
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
306
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
795
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
762
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
780