Bakıda “07” qəzaya səbəb oldu - 4 MAŞIN TOQQUŞDU
Bakıda zəncirvari qəza baş verib.
APA TV-nin məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən sürücü Seyfəddin Kərəməli oğlu Qənbərov qəzaya səbəb olub. Arxada gələn İsmayıl Fətulla oğlu Babayevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobil əvvəlcə "VAZ 2107"yə, daha sonra isə Bəxtiyar Firudin oğlu Hüseynovun idarə etdiyi "Jeep" və Məmməd Murtuza oğlu Murtuzayevin sükanı arxasında olduğu digər "Mercedes" markalı maşınlara çırpılıb. Xəsarət alan yoxdur, avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
17:47
774
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
661
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
668
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
855
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
815
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
836