Bakı-Sumqayıt yolunda “Mercedes” yandı - HADİSƏ ANI

 

Paytaxtda nasazlıq yaranan avtomobil yanmağa başlayıb.

APA TV-nin məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Sürücü anidən nasazlıq xəbərdarlığı işığının yandığını görüb və nəqliyyat vasitəsini kənara çəkərək saxlayıb.

Məmmədov Elxana məxsus 50-CK-141 dövlət qeydiyyat nişanlı “Mercedes” alışıb.

Hadisə yerinə Binəqədi Rayon Yol Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Avtomobil söndürülüb. Hadisə yolda nəqliyyatın fəaliyyətində çətinliklər yaradıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR