Bakı-Sumqayıt yolunda dəhşətli qəza: ölənlər var
Bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “”Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi